29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Fariz Nəcəfov: “Yagelloniya”nı keçməyə qadirik” (MÜSAHİBƏ)

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Avroliqanın II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Yagelloniya” ilə matçdan sonra brifinq keçirib. Futbolxeber.az saytının məlumatına görə, klub rəsmisi ilk öncə 1:1 hesabı ilə yekunlaşan görüş barədə fikirlərini açıqlayıb:

- Bu nəticəni gözlənilən saymaq olar. Əvvəldən də demişdim ki, komanda hələ tam hazır deyil. Bu, meydanda göründü. Yeni oyunlarçular komandaya tam uyğunlaşmayıblar. Nəticə rəqib üçün sərfəlidir. Hər şey növbəti oyunda həll olumacaq.

- Yeni transferlərdən bu gün razı qaldınız?

- Tam olmasa da, bəli, razı qaıldım. Onlar hələ 100 faiz hazır deyillər. Qarşıdakı oyunlardan sonra bu suala dəqiq cavab vermək olar.

- Belə görünür ki, gedənlərin yeri tam doldurmayıb...

- İndiki məqamda belə görünməsi normaldı.

- Artıq 2-3 mövsümdür çempionat bitəndən sonra komandanızın heyəti böyük ölçüdə dəyişir. Bunun qarşısını almaq olmaz?

- Biz əyalət komandasıyıq. Legionerlər Qəbələdə 1 ildən artıq qalmırlar. Həm də büdcəmiz elə də geniş deyil. Nika bizdən bu mövsüm üçün keçənilki ilə müqayisədə 3 dəfə artıq pul istədi. Ona görə də yollarımızı ayırdıq. Gedənlərin heç birinin komandadan ayrılmasını istəmirdik.

- Mərhələ adlayacağınıza ümidiniz var?

- “Qəbələ”dən hər şey gözləmək olar.

- Cavab oyununda “Qəbələ”yə nə kömək ola bilər7

- Həmişə gücümüz çatanın maksimumunu etməyə çalışmışıq. “Yagelloniya”nı keçməyə qadirik. Növbəti oyunda bunun şahidi olacağımıza inanıram.

- Səfər 4 gün əvvəldən getməyiniz nə ilə əlaqədardı?

- Çarterlə getməyə büdcəmiz imkan vermir. Məcburuq adi reyslə gedək. 2 gün əvvəl səfərə çıxsaq, komandada yorğunçuluq olacaq.

- Mərhələni adlamaq mümkün olmasa, yeni tranfserlərin taleyi necə olacaq?

- Komandanı yalnız Avroliqa üçün qurmamışıq. Legionerlərlə 2, 3 ilik müqavilələr bağışlamışıq. Səfərdə uduzsaq, çempionata hazırlaşmalı olacağıq.

- Oyunu klubun prezidenti, sponsorları da izləyirdi. Onların fikirləri necədi?

- Oyundan sonra danışmadır. Onlar da bu gün daha artığını gözləyirdilər. Ən azı evdə oynadığımızı nəzərə alaraq, qələbə qazanmalıydıq.

- Nə vaxta kimi “Qəbələ” Avroliqa oyunlarını doğma meydanda yox, Bakıda keçirəcək?

- Büdcəmiz normallaşana, stadionumuz tikilib qurtaranana qədər.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31