28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Nizami Hacıyev: “Saytınız vasitəsilə insanlara çatdırmaq istəyirəm ki…”

Bu gün Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda təmsilçimiz “İnter” evdə “Fola”nı (Lüksemburq) 1:0 hesabı ilə məğlub edib. Futbolxeber.az-ın məlumatına görə, “Dalğa Arena”dakı matçdan sonra Bakı klubunun kapitanı Nizami Hacıyev əməkdaşımızın suallarını cavablandırıb:
 
- Oyunu necə şərh edərdin? İlk yarı ilə ikinci hissə arasında fərq çox idi.
- Oyuna yaxşı köklənmişdik. Səfərdə oynayanda hesabı qorumağa çalışırıq və elə rahat olur. Lakin evdə oynadığımıza görə çalışırdıq ki, ilk matçda ən azından minimal hesabla qalib gələk. Oraya qalib kimi getmək istəyirdik. Bu matçda da qələbə qazanmaq istədiyimizdən bir az əsəbilik, gərginlik vardı. Hesab edirəm ki, pis oynamadıq, yaxşı, əzimkar mübarizə apardıq. Bizi dəstəkləyənlərə minnətdaram. Mən komandanın kapitanı kimi bütün məsuliyyəti öz üzərimə götürüb, qələbəni Zaur Axundova hədiyyə edirəm. Bildiyimə görə, bu oyun onun üçün çox vacib idi. Böyük futbol karyerasına yeni başlayıb. İlk illərdir ki, elitada mübarizə aparan klubun rəhbəridir. Ona uğur gətirməsi üçün bu oyundakı qələbəni ona hədiyyə edirik. Çalışırdıq ki, qələbə qazanaq hə özümüzə kömək edək, həm də rəhbərliyə kömək edək ki, bizim yerdə qalan problemlərimiz həll olunsun. 
 
- Səncə, bu qələbə sizi qane edir?
- Əlbəttə ki, qane edir. Ən azından 1 top fərqimiz var. Çalışacağıq ki, ən azından heç-heçə edib, səfərdən uğurlu nəticə ilə qayıdaq. Bizə inananlara, güvənənlərə təşəkkür edirəm ki, bu gün bizimlə bir yerdə oldular. Saytınız vasitəsilə insanlara çatdırmaq istəyirəm ki, həqiqətən də bu günlər dəstəyə çox ehtiyacımız var. Çünki elə ağır durum yaşayırıq ki, sözlə deyiləsi deyil. Ümid edirəm ki, azarkeşlərimizin, dostlarımızın, ailəmizin, sevənlərimizin köməyi ilə bütün bu çətinlikləri keçib, gələcəyimizə “gün ağlayacağıq”. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31