19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

Svanadze: “Nə gözləyirdik, onu da gördük”

Bu gün Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda təmsilçimiz “İnter” evdə “Fola”nı (Lüksemburq) 1:0 hesabı ilə məğlub edib. Futbolxeber.az-ın məlumatına görə, Bakı klubunun baş məşqçisi Zaur Svanadze oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
 
- Çox çətin idi. Bunu əvvəldən də bilirdik. Rəqib heç də pis komanda deyil. Bir qədər yorğun idik. Ehtiyat oyunçular skamyamız kəsaddır. Yaxşı ki, qalib gəldik. “Fola” cavab görüşündə daha çox hücum edəcək. Belədə, müdafiə xəttində yəqin ki, boşluqlar verəcəklər. Əks-hücumları çox təhlükəli idi. Cavab matçına hazırlaşacağıq.
 
- Pərdis Fərcad_Azad 80 dəqiqə ərzində heç nəylə yadda qalmadı. Bu qədər səbri hardan götürdünüz?
- İlk təsnifat mərhələsində Pərdis yaxşı oynamışdı. Görünür, yorulmuşdu. Ancaq onun potensialına bələdəm. Fasilədən sonra Pərdis daha yaxşı təsir bağışladı. Yəqin ki, yorğunluq sözünü deyirdi.
 
- “Fola” sizi nə iləsə təəccübləndirdi?
- Qətiyyən. Nə gözləyirdik, onu da gördük.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30