19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Mamrot: "Uduzmamağa çalışacağıq"

“Biz bura çox güclü rəqiblə oynamaq üçün gəlmişik. “Qəbələ” yaxşı komandadı. Sabahkı matçda hər şey məlum olacaq. Ən əsası uduzmamağa çalışacağıq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Yagelloniya”nın baş məşqçisi İreniuş Mamrot deyib.
 
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda sabah “Qəbələ”nin qonağı olacaq Polşa təmsilçisinin çalışdırıcısı jurnalistlərin suallarını cavablandırıb.
 
- “Qəbələ”nin oyunların izləmisiz?
- Rəqibin oyunlarını izləmişəm. Bu komandada əsasən, Araz Abdullayevi, Ozobiçi və əlbəttə ki, baş məşqçi Roman Qriqorçuku fərqləndirərdim. Ancaq “Qəbələ” komanda oyunu sərgiləyir. Rəqibin cəmi 3 oyununu izləmişik. Əsasən mərkəz müdafiəçilərini qeyd edərdim. Təəssüf ki, rəqib ikinci təsnifat mərhələsindən mübarizəyə qoşuldu. Buna görə, onlar barəsində elə də çox məlumata sahib deyilik.
 
- Sizcə, bu komandalar arasında hansı oyun həlledici olacaq?
- Çox güman ki, Polşadakı oyunda hər şey bəlli olacaq. Çətin ki, ilk oyunda hər şey həll edilsin. Çünki hər iki komanda bərabər səviyyəlidi. Belə qarşılaşmalarda adətən, ilk matçda cütün taleyi həll edilmir.
 
- “Qəbələ”də əvvəllər polşalı futbolçular, Kapsa və Piterzkeviç çıxış edib. Onlardan məsləhət almısız?
- Kapsa burda uzun müddət öncə oynayıb. O ki, qaldı Piterzkeviçə, onunla şəxsi tanışlığım yoxdu.
 
- Avropa Liqasında əsas hədəfiniz nədi?
- Hazırda əsas məqsədimiz bu mərhələni keçməkdi. Hər dəfə mərhələ keçdikcə bu iddiamız artacaq.
 
- Uzun yol sizə necə təsir edib?
- Bunun oyunumuza təsir edəcəyini düşünmürəm. Səyahətimiz uzun olsa da, rahat olub.
 
- Şansları nə qədər dəyərləndirərdiz?
- Məncə, şanslar 50/50-di. (Apasport.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30