18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Qəbələ” “Utrext"dən üstün oldu

Avstriyanın Zalsburq şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” 2017/18 mövsümünə hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib. Futbolxeber.az-ın məlumatına görə, “qırmızı-qaralar” Hollandiyanın “Utrext” klubu ilə qarşılaşıb. 
 
Baş məşqçi Roman Qriqorçuk start heyətində aşağıdakı futbolçulara şans verib: Dmitri Bezotosnı, Qismət Alıyev, Rasim Ramaldanov, Vojislav Stankoviç, Ürfan Abbasov, Endi Hallidey, Elvin Camalov, Xavi Ernandes, Filip Ozobiç, Cavid Hüseynov, Famoussa Kone.
 
Oyun qarşılıqlı hücumlarla başlasa da, “Qəbələ” üstünlüyü ələ alıb. Topa daha çox nəzarət edən “qırmızı-qaralar” fasiləyədək bu üstünlüyü qola çevirə bilməyib. Oyunun gedişində Vitali Vernidub Stankoviçi, İlqar Qurbanov Abbasovu, Asif Məmmədov Ozobiçi, Araz Abdullayev Qisməti, Roman Hüseynov Endi Hallideyi, Aqil Məmmədov Bezotosnını, Fərid Nəbiyev Xavini əvəzləyib. İkinci hissə də təmsilçimizin üstünlüyü şəraitində keçib. Qarşılaşmanın taleyini 1 qol həll edib. Konenin 64-cü dəqiqədə vurduğu qol “qırmızı-qaralar”a 1:0 hesablı qələbə qazandırıb. 
 
Xatırladaq ki, “Qəbələ” bu matçadək yerli “Fulpmes” (8:0), Rusiya “Axmat”ı (0:1), Avstriya “Vakker”i (0:1), Bolqarıstan təmsilçiləri MOİK (0:2) və “Ludoqorets” (0:2), Avstriya “Qrodiq”i (7:0), Kiyev “Dinamo”su ilə (1:2) görüşüb.
 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30