24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

"Qəbələ"dən daha 2 transfer

"Qəbələ" sıralarını daha 2 yeni futbolçu ilə gücləndirib. Futbolxeber.az-ın məlumatına görə, əyalət təmsilçisi Daniel Subotiç və Leonardo Da Silva ilə birillik müqavilə imzalayıb.

1989-cu il yanvarın 31-də keçmiş Yuqoslaviyada anadan olan Subotiç futbol həyatına vətəndaşı olduğu İsveçrədə - "Bazel" klubunda başlayıb. İlk peşəkar futbolçu müqaviləsini İngiltərənin "Portsmut" klubu ilə bağlayan hücumçu daha sonra "Zulte Varagen" (Belçika), "Qrosseto" (İtaliya), "Unversitato Kraiova" (Rumıniya), "Targu Mureş" (Rumıniya) və "Volın" (Ukrayna) kimi klublarda top qovub. Daniel "Qəbələ"də 31 nömrəli forma ilə çıxış edəcək.

1992-ci il martın 18-də Braziliyada anadan olan Leonardo peşəkar futbolçu karyerası boyunca "ENP" (Kipr) və "Metallurq" Donetsk (Ukrayna) klublarının şərəfini qoruyub. Yarımmüdafiəçi "Qəbələ"də 42 nömrəli forma ilə çıxış edəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30