23 Avqust 2019, Cümə
"Qarabağ" "Linfild"ə uduzdu
III turun oyun cədvəlini açıqlandı
"Estremadura" Mahirdən imtina edir
Milli komandamız PES-2020-də

Ölkə futbolu

Rauf Əliyev Zəhranın yad olunmaması haqda: “Dedilər ki, UEFA-dan cəza gələ bilər”

Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulur. Futbolxeber.az-ın məlumatına görə, səfərdə "Mladost"u (Serbiya) məğlub edən təmsilçimiz “İnter” cavab matçında 2 cavabsız qolla qələbə qazanaraq, növbəti mərhələyə adlayıb. Matçdan sonra jurnalistlərə açıqlama verən Bakı klubunun hücumçusu Rauf Əliyev əməkdaşımızın da suallarını cavablandırıb:
 
- Rahatlaşmadıq, bu bizi sevindiridi. İşimizin öhdəsindən gəldik. Bundan sonra növbəti oyun haqda fikirləşəcəyik. 
 
- Bu gün qollardan sonra erməni təxribatı nəticəsində dünyasını dəyişən Zəhranın yad olunacağı gözlənilirdi. Amma Denis Silva sevgilisinə həsr etdi, Nizami Hacıyev isə azarkeşlərlə bölüşdü. Bu unutqanlıq nə ilə bağlı idi?
- Oyundan əvvəl də biz nəsə fikirləşirdik, ancaq dedilər ki, UEFA-dan cəza gələ bilər. Əsas qəlbimizdən keçən hissdir. Hamı bilir ki, bu haqda fikirləşirik. 
 
- Sakit qarşılaşamaq olardı…
- Məncə, bəli. Nə bilim, bir şey demirəm. 
 
- Artıq rəqib bəllidir. Növbəti mərhələ ilə bağlı nə deyə bilərsən?
- Bildiyimə görə, Lüksemburq təmsilçisinə (“Fola”) rəqib olmuşuq. Son vaxtlar həmin ölkənin komandaları yaxşı oyun göstərir. Rəqiblə bağlı hələ çox məlumatımız yoxdur. Çalışacağıq ki, bu mərhələni də keçək. 
 
- Maaşlarla bağlı vəziyyət necədir?
- Yavaş-yavaş alırıq. 
 
- May ayının maaşı?
- Almışıq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31