26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Ayxan Abbasov: “Bizi ağır oyun gözləyir”

“Zirə”nin baş məşqçisi Ayxan Abbasov “Differdanj”la səfər matçı  öncəsi jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az-ın məlumatına görə, mütəxəssis sözünə cəbhə bölgəsində baş verən faciə ilə başlayıb:
 
 “Əvvəla düşmən həmləsi nəticəsində Füzuli rayonunda baş vermiş faciəylə bağlı xalqımıza və həyatlarını itirən doğmalarımızın ailəsinə başsağlığı vermək istəyirəm. Allahdan 2 yaşlı körpə balamız Zəhra və nənəsi üçün rəhmət, yaxınlarına isə səbr diləyirəm. 
Oyun haqqda onu deyə bilərəm ki, ilk oyundakı 2:0 hesablı qələbəmiz bizi heç də arxayınlaşdırmır. Rəqibimiz çox yaxşı komandadır. Bizi ağır oyun gözləyir. Cütün taleyi məhz bu oyunda həll olunacaq. “Differdanj” avrokubok təcrübəsi olan komandadır. Onların bəzi oyunlarını izləmişəm. 2:0 hesablı üstünlüyümüzü qorumağa çalışacağıq. Lakin bu futboldu və “play-off” oyunları iki oyundan ibarət olur. Yalnız Viktor İqbekoyi viza probleminə görə komandayla səfərə çıxa bilmədi. Başqa itkimiz yoxdur.
 
Ümumiyyətlə Lüksemburq klubları bizə ötən mövsümdən tanışdır. Keçən il “Qarabag” ÇL-də bu ölkənin təmsilçisi ilə qarşılaşmışdı. Ötən gün Lüksemburq təmsilçisinin “Qlazqo Reyncers” səddini keçməsi mənim üçün surpriz oldu. Səfərdən məğlubiyyətlə dönüb evdə mərhələni keçməsi inkişaflarından xəbər verir".
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30