20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Nenad Milovanoviç: “Cütün favoriti “İnter”di”

“Burda olduğumuz 2 günə görə, “İnter” rəhbərliyinə minnətdarlığımı bildirirəm. İnanıram ki, onlar da Serbiyada olduqları müddətdə razı qalıblar”. Futbolxeber.az-ın məlumatına görə, bu sözlər “Mladost”un baş məşqçisi Nenad Milovanoviçə məxsusdu.
 
Avropa Liqasının I təsnifat mərhələsində öz meydanında “İnter”ə böyük hesabla (0:3) yenilən Serbiya klubu sabah “Dalğa Arena”da bakılıların qonağı olacaq.
 
Matç öncəsi keçirilən mətbuat konfransında Milovanoviç komandasının şanslarını dəyərləndirib: “İlk dəfədi avrokuboklarda iştirak edirik. Serbiya miqyasında orta səviyyəli komandayıq. Burda iştirak etməklə yeni komandalarla, insanlarla tanış olmaq imkanı qazanırıq. Bilirdik ki, “İnter” təcrübəli komandadı. Onların yüksək səviyyəli 3 hücumçusu var: Nizami Hacıyev, Rauf Əliyev və Pərdis-Fərcad Azad. Onların sürətli hücum quracaqlarını gözləyirdik. Serbiyadakı qarşılaşmada bizim də təhlükəli hücumlarımız oldu. Ancaq “İnter” əlinə düşən imkanlardan səmərəli istifadə etdi və qələbə qazandı. İlk matçdakı nəticədən sonra təbii ki, cütün favoriti “İnter”di. Ancaq biz də yaxşı oyun sərgiləməyə, Serbiyada güclü futbol məktəbinin olduğunu göstərməyə çalışacağıq. Ancaq “İnter” doğma arenada oynadığı üçün onların şansı daha çoxdu”.
 
- Qələbəyə neçə faiz inanırsınız?
- Faizlərlə deyə bilməyəcəm. Ancaq bura meydanda ora-bura qaçmaq üçün gəlməmişik. Futbolda hər şey olur, bilmək olmaz. Çalışacağıq ki, uğurlu nəticə əldə edək.
 
- İlk görüşdən sonra Serbiyadakı rəqiblərinizdən biri “Napredak” feysbuk səhifəsi vasitəsilə sizi ələ salmışdı. Bu, sizə necə təsir göstərmişdi?
- Həmin komandada 3 il baş məşqçi işləmişəm. Avropa Liqasına vəsiqə uğrunda görüşdə qələbə qazanmağımız onlara pis təsir göstərmişdi. Ancaq həmin komandanın böyük azarkeş kütləsi bizi təbrik etmişdi.
 
- Azərbaycanda çıxış edən serbiyalı futbolçulardan “İnter”lə bağlı məlumat almısınızmı?
- Bəzilərindən olub. Ancaq əsasən “İnstat”dan istifadə etmişik.
 
- İki erkən qol vursanız, bu, növbəti mərhələ üçün sizə üstünlük qazandırarmı?
- Əlbəttə ki, yaxşı olardı. Ancaq “İnter”in yaxşı müdafiəçiləri var. 3 mərkəz müdafiəçi ilə çıxış edirlər. Uzun müddətdi eyni sistemlə çıxış edirlər. Bunu nəzərə alsaq, bizə çətin olacaq. Amma sona qədər mübarizə aparacağıq.
 
- Sabahkı oyun öncəsi standart vəziyyətlər üzərində çalışmısınızmı?
- İstənilən halda qol vurmaq yaxşıdı. İstər oyun epizodundan, istərsə də standart vəziyyətdən. Manuel Skarlatakenin cərimə zərbəsindən vurduğu qollar çox gözəl idi. Qapıçının topu qaytarmaq şansı, demək olar ki, yox idi. Rauf Əliyevin qoluna gəlincə, bu, “Mladost”un son 15 ildə buraxdığı ən gözəl qol idi. (Apasport.az)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30