28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Klublarımız UEFA reytinqində irəlilədilər

UEFA qitə klublarının növbəti əmsallar cədvəlini açıqlayıb. Futbolxeber.az-ın məlumatına görə, Azərbaycan klubları sıralamada mövqelərini xeyli yaxşılaşdırıblar. Klublarımız arasında ən yaxşı nəticə “Neftçi”yə məxsusdur. Son 3 ilin çempionu 197-ci pillədədir. Avroliqada ilk mərhələni uğurla adlayan "Qarabağ" 209-cu, "İnter" 276-cı, "Xəzər Lənkəran" isə 302-cidir. Cari mövsümdə qitə kuboklarından kənarda qalan "Bakı" da "İnter" kimi 276-cı pillədə qərarlaşıb. Siyahıda yer alan digər 2 klubumuz - AZAL və “Simurq” 379-cu pillədə qərarlaşıblar.

Klublarımızın avrokubokların ikinci mərhələsində rəqibləri olan kollektivlərdən ən yaxşı nəticə "Makkabi"yə məxsusdur. Hayfa təmsilçisi 116-cı pillədə qərarlaşıb. "Tromse" 208-ci,  “Skenderbeu” 290-cu, “Piast” isə 298-ci mövqedə qərarlaşıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31