20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qarabağ”ın danışıq apardığı legionerlərin adları Futbolxeber.az-da!

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün sport24.az-a açıqlamasında hazırda bir neçə legionerlə danışıq apardıqlarını bəyan edib. Təcrübəli mütəxəssis ad açıqlamayıb.

Futbolxeber.az saytının əldə etdiyi məlumata görə, Ağdam klubunun hazırda danışıq apardığı əcnəbilərdən biri “Alanyaspor”da forma geyən Vilde-Donald Querrierdi. 28 yaşlı futbolçu universiallığı ilə seçilir. O, həm yarımmüdafiənin, həm müdafiənin cinahında çıxış etməyi bacarır. “Alanyaspor”a gedənədək Querrier “Visla”da forma geyib. 28 yaşlı futbolçu 2010-cu ildən formasını geydiyi Haiti yığmasında 37 oyuna çıxıb.

Querrierin “Qarabağ”a keçidi yekunlaşmaq üzrədir. Qarşıdakı günlərdə Haiti yığmasının üzvü ağdamlılarla müqavilə imzalayacaq.

“Qarabağ”ın danışıq apardığı digər futbolçu isə Tokelo Rantiedir. Cənubi afrikalı futbolçunun adı bir müddətdir təmsilçimizlə yanaşı hallanır. Keçidin yubanmasına səbəb Rantienin məxsus olduğu “Gənclərbirliyi”nin tələb etdiyi məbləğin yüksək olmasıdır. 

Картинки по запросу tokelo rantie




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30