20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"Qarabağ"ın qələbəsinə şahidlik edən hakim "Tromso" - "İnter" görüşündə

Avroliqanın II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq "Tromso" - "İnter" matçının hakimi müəyyənləşib. Futbolxeber.az-ın məlumatına görə, matçı Yuri Mojarovski idarə edəcək. 1976-cı ildə Lvovda anadan olan ukraynalı referi FİFA-nın I dərəcəli hakimlər kateqoriyasına aiddir. 2008-ci ildən Ukrayna Premyer Liqasının oyunlarına təyinat alır. Mojarovski vətənində daha çox 2009-cu ildə Ukrayna kubokunun 1/2 final mərhələsi çərçivəsində baş tutan "Şaxtyor" - "Dinamo" (Kiyev) oyunundakı idarəçiliyi ilə tanınıb. Belə ki, həmin matçdan öncə Donets klubu əcnəbi hakim təıəb etsə də, federasiya sözügedən matçı Mojarovskiyə etibar etdi və o, işinin öhdəsindən uğurla gəldi.

2011-ci il, mayın 11-də onun idarə etdiyi "Dinamo" - "Şaxtyor" oyunu isə böyük narazılıqlara səbəb olmuşdu. Belə ki, Mojarovski ilk yarıda qonaqların qapısına mübahisəli penalti təyin etməklə yanaşı, ikinci hissədə "Şaxtyor"un baş məşqçisi Mirça Luçeskunu da meydandan qovdu.

Ukraynalı hakim 2 il əvvəl Avroliqada Azərbaycan klubunun oyununu idarə edib. Mojarovski 2011-ci il, iyulun 7-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan "Qarabağ" - "Banqa" (Litva) görüşünün baş hakimi olub. Həmin görüş Ağdam klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Sözügedən matçda ukraynalı hakim komandamızın 2 futbolçusunu - Vüqar Nadirov (43-cü dəqiqə) və Maksim Medvedevi (71) sarı vərəqə ilə cəzalandırıb.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30