19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Svanadze: “Bizim üçün çox çətin olacaq”

“Uzun müddətdir ki, oyuna hazırlaşırıq. Ümid edirəm ki, sabah yaxşı və layiqli oynayıb, “Mladost” qarşı mübarizə apara biləcəyik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze Avropa Liqasının I təsnifat mərhələsində səfərdə sabah “Mladost”la (Serbiya) oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

Gürcü mütəxəssis oyunun çətin keçəcəyini bildirib: “Bilirik ki, rəqibimiz yaxşı komandadır, yaxşı futbolçular cəmləşib. Bir neçə yeni oyunçu ilə gücləniblər. Sabah bizim üçün çox çətin olacaq. UEFA komandamızı cəzalandırıb. Artıq iki “pəncərədir” ki, oyunçu transfer edə bilmirik. Bir sözlə, güclənmək əvəzinə dözürük, ümid edirəm ki, yanvara kimi dözə biləcəyik. Sonrasına da baxarıq. Digər detallar sabah məlum olacaq. Biz necə hazırlaşmışıq, nə edəcəyik, hamısını sabah biləcəyik. Ümid edirik ki, hər iki matçda yaxşı mübarizə aparıb növbəti mərhələyə çıxacağıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31