19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

“İnter” braziliyalı müdafiəçinin adını UEFA-ya göndərir

“İnter” Norveçin “Tromsö” klubu ilə oyuna kimi UEFA-ya daha 2 futbolçunun adını daxil edə bilər. Futbolxeber.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, bunlardan biri mərkəz müdafiəçisi, digəri isə hücumçu olacaq. Artıq mərkəz müdafiəçisinin adı məlumdur. Bu, braziliyalı Joan Paulodur. Tam adı Joan Paulo de Souza Dantaş olan futbolçu “İnter”ə Braziliyanın B seriyası klubu olan “Braqantino”dan gəlib. Bu futbolçu ilə müqavilə əslində çoxdan bağlanıb. 1+1 illik müqaviləyə imza atan müdafiəçi yeni komandasının oyununu “Mariehamn”la görüşlər zamanı stadiondan izləmək imkanı da əldə edib. Joan Paulo yalnız bir dəfə legioner həyatı yaşayıb ki, bu da 2009/10 mövsümündə Portuqaliyanın “Freamunde” klubu olub.
 
Hücum xəttinə gəlincə isə, hazırda bu mövqe üçün 2 futbolçu ilə danışıqlar danışıqlar gedir. Hansı futbolçu ilə danışıqlar baş tutsa, o zaman həmin forvardla müqavilə bağlanılacaq. 
 
Qeyd edək ki, “İnter” “Tromsö” ilə oyuna bir gün qalmış iştirak ərizəsinə oyunçu əlavə etmək hüququna malikdir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31