23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Rəmiş Malıyev: “İnter”in baş məşqçisi postunda hamının gözü var”

"İnter"in baş məşqçisi postunda hamının gözü var. Lakin Zaur Svanadzeyə hansısa təzyiqin olmasına və ya kiminsə onun ayağınıın altını qazmasına heç vaxt imkan vermərik. Ramiz Məmmədovu sırf əvəzedici komanda ilə işləmək üçün dəvət etmişik. "Qəbələ"də, Qazaxıstan və İranda çalışıb, yaxşı təcrübəsi var”. Futbolxeber.az-ın məlumatına görə, bunu “Report”a Bakının “İnter” futbol klubunun icraçı direktoru Rəmiş Malıyev Ramiz Məmmədovun əvəzedici komandanın koordinatoru vəzifəsinə təyinatına münasibət bildirərkən deyib. 
 
O bildirib ki, R.Məmmədovun bu posta gətirilməsi əsas komandanın baş məşqçisi vəzifəsində gürcüstanlı Zaur Svanadzenin əvəzlənməsinə hazırlıq məqsədi daşımır. Lakin klub rəsmisi gələcəkdə belə bir təyinatın baş tutma ehtimalını da istisna etməyib: “Baş məşqçimizə inanırıq, ən çətin anlarda klubun yanında olub və öz işini göstəricilərlə ortaya qoyub. Kiminsə gəlib ümumi işimizə xələl gətirməsinə imkan vermərik. Ramiz müəllimin də təcrübəsinə inanırıq. Gəlsin, əvəzedici heyətə məsləhətlərini versin. Bu gün və növbəti mövsüm üçün gündəlikdə belə bir məsələ yoxdur. Avropa Liqasına nəticələr uğursuz olsa belə, Svanadze postunda qalacaq. Özü istefa versə necə? Gümanlarla danışmayaq da. Sabah nəyin necə olacağına heç kim təminat verə bilməz. Bu məsələ ilə bağlı konkret onu deyə bilərəm ki, Məmmədovun təyinatı əsas komandanın baş məşqçisi postuna hazırlıq məqsədi daşımır”.
 
R.Malıyev “İnter”də may ayının əmək haqqının gecikməsinin uğursuz nəticələrə və Z.Svanadzenin istefasına zəmin yaratamaq xarakteri daşımadığını da vurğulayıb: “Maaşların gecikməsinin nəticəyə təsiri ola da bilər, olmaya da. Aprelin maaşları ödənilib, mayınkı qalıb. İşçi qaydada bu məsələləri həll edirik”.
 
Qeyd edək ki, iyunun 20-də Ramiz Məmmədov “İnter”də əvəzedici heyət üzrə koordinator təyin olunub. Onun bu vəzifəyə gətirilməsi 50 yaşlı mütxəssisin əsas komandanın baş məşqçisi postunda Zaur Svanadzeni əvəzləyəcəyinə dair iddialara zəmin yaradıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30