19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Ramin Musayev: "Jurnalistləri apara bilərik, bəs azarkeşləri nə edək?"

“Avrokuboklarda çıxış edən klublarımıza böyük ümidlərim var. Məgər biz zəifik?" Futbolxeber.az-ın məlumatına görə, bu sözləri PFL-in prezidenti Ramin Musayev deyib. PFL başqanı ən azı 2 klubumuza böyük ümidlər bəslədiyini bildirib: "Keçən il “Neftçi”nin qrup mərhələsinə düşəcəyini heç kəs gözləmirdi. Ancaq bu, oldu. Niyə də yenə olmasın? Mən demişəm ki, ən az 2 klubumuza böyük ümidlərim var. Onu da bildirmişdim ki, hər 3 klubumuz turnirdə ilk mərhələni adlayacaq. Yaxın 5 ildə futbolumuzda nə qədər böyük uğurların olacağını görəcəksiniz". 

R.Musayev ölkə superkuboku uğrunda matçdan da söz açıb: "Azərbaycan Superkuboku uğrunda oyunun iştirakçıları olan “Neftçi” ilə “Xəzər Lənkəran”ın II təsnifat mərhələsində ilk matçlarının evdə olacağı halda, bu oyunu mütləq keçirməyi nəzərdə tutmuşduq. Ancaq “Neftçi”nin Çempionlar Liqasında Albaniyanın “Skenderbeu” ilə ilk matçı evdədirsə, “Xəzər Lənkəran” Avropa Liqasında Hayfa “Makkabi”si ilə ilk oyununu səfərdə keçirəcək. Kubok da, medallar da hazırdır. Ancaq avrokuboklarda ilk oyunların məkanı fərqli olduğundan, keçirə bilmədik. Tarixi indidən demək olmur, ancaq gözəl bir günə salacağıq”.

Ramin Musayev Superkubokun qış fasiləsində klubların təlim-məşq toplanışında olduğu Türkiyədə keçirilməyi ilə bağlı təklifə də münasibət bildirib: “Bu, gözəl fikirdir. Jurnalistləri apara bilərik, bəs azarkeşləri nə edək? Əslində, Superkubok oyununun Türkiyədə keçirilməsini “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov təklif etmişdi”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31