20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Ayxan Abbasov: “Avroliqa oyunlarından öncə bu səhvləri görmək vacib idi”

Avropa Liqasında iştirak edəcək “Zirə” Türkiyə toplanışı çərçivəsində ötən gün sonuncu yoxlama oyununu keçirib. Futbolxeber.az-ın məlumatına görə, “Vitorul”la (Rumıniya) qarşılaşan “qartallar” 1:2 hesabı ilə uduzub. 
 
Matçdan sonra açıqlama verən Bakı klubunun baş məşqçisi Ayxan Abbasov məğlubiyyəti belə şərh edib: “Bu oyun bizim üçün çox önəmli idi. Toplanışın son oyununda komandamızın nə dərəcədə hazır olduğuna baxmaq istəyirdik. Rəqib Rumıniya çempionu idi, güclü komanda idi. Maraqlı oyun oldu. İlk hissədə futbolçularımız tapşırıqları tam yerinə yetirməyə çalışdılar. Hesabda da öndə idik. İkinci hissədə dəyişikliklər etdik. Yeni qoşulan futbolçular 90 dəqiqə meydanda olmaq üçün tam hazır deyillər. Həmçinin digər futbolçuları da izləmək istəyirdik. Bəzi səhvlərimiz oldu və Avropa Liqasının oyunlarından öncə bu səhvləri görmək vacib idi. Onlar üzərində çalışacağıq. Artıq Türkiyədəki təlim-məşq toplanışı başa çatır. Burda taktiki məşqlərə daha çox üstünlük verdik, komandanı yoxlama oyunlarında sınadıq. Ümumilikdə, təlim-məşq toplanışı səmərəli keçdi. Futbolçulardan yalnız Rəşad Sadiqov yüngül zədə aldı və o da artıq Bakıda komandayla məşqlərə başlayacaq. Əsas odur ki, yeni gələn futbolçularımız tez uyğunlaşır. Artıq Bakıya qayıtdıqdan sonra “Differdanj”la oyuna tam heyətlə hazırlaşacağıq”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30