20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Kapitan püşkü dəyərləndirdi: “...istəməzdim”

"Çempionlar Liqasında hər ölkənin çempionları mübarizə aparır. 4-5 ölkə var idi ki, onların çempionlarıyla oynamaq istəməzdim, bunlardan biri də Gürcüstan idi. Çünki Gürcüstan futbolu həmişə özünəməxsusluğuyla seçilib”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

Ağdam klubunun rəsmi saytına danışan təcrübəli futbolçu rəqibi tanımağa çalışacaqlarını bildirib:

“Rəqibimiz də ötən mövsüm çempion olub. Komandanı yaxşı təhlil edib daha yaxından tanımağa çalışacağıq.  Şansları bərabəri dəyərləndirirəm. Cavab oyunun səfərdə olması isə rəqib üçün üstünlükdür. “Samtredia”nın daha bir üstünlüyü odur ki,  Gürcüstanda hal-hazırda çempionat davam edir. Bizim komanda isə istirahətdən gəlir və bir çox futbolçumuzun oyuna qədər optimal forma yığması çox çətin olacaq,  vaxtımız da azdır. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik, inşallah oyuna yaxşı hazırlaşıb lazım olan nəticəni qazanmağa çalışacağıq".




Ad: Qacay Huseynov;   E-mail: [email protected]

20.06.2017 01:02

En boyuk qaraabag bawqa boyuk yox
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30