20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Zirə” afrikalılara divan tutdu

Türkiyənin Bolu şəhərində təlim məşq toplanışında olan “Zirə” ikinci yoxlama yoxlama oyununu keçirib. Futbolxeber.az-ın məlumatına görə,  Bakı təmsilçisi Kamerunun “Kolumbe Sportivo” komandası ilə üz-üzə gəlib. 
 
Baş məşqçi Ayxan Abbasov start heyətində, Anar Nəzirov, Yovan Krneta, Adil Nağiyev, Jozef Boum II, Təmkin Xəlilzadə, Nicat Qurbanov, Milan Duriç, Vüqar Mustafayev, Orxan Əliyev, Kervens Belfor və Riçard Qadzeyə yer verib. 
 
Qarşılaşmanın ikinci hissəsində isə Kamal Bayramov, Abdulla Seydəhmədov, Sadiq Quliyev, Aleksandr Şemonayev, Viktor İqbekoyi, İlkin Muradov, Sahil Cəfərov, Muşfiq İlyasov, Vüsal İsgəndərli, Elgün Nəbiyev, Elçin Əliyev meydana çıxıb.
 
Oyuna sürətli başlayan “qartallar” erkən qollarla rəqibi sarsıdıb. “Zirə”nin yeni transferi Kervens Belfor ilk 5 dəqiqədə dublunu rəsmiləşdirib. Fasiləyə qədər həmçinin, Riçard Qadze 2, Təmkin Xəlilzadə və Orxan Əliyev isə bir qola imza atıb. İlk yarı zirəlilərin 6:0 hesablı qələbəsi ilə başa çatıb. İkinci hissədə isə Sadiq Quliyevlə Müşfiq İlyasov rəqib qapısına yol tapıb. Nəticədə, “Zirə” kamerunlular üzərində 8:0 hesablı qələbə qazanıb. 
 
Qeyd edək ki, ilk yoxlama oyununda Bakı “İnter”i üzərində 2:0 hesablı qələbə qazanan “Zirə” iyunun 20-də keçiriləcək sonuncu yoxlama oyununda Rumıniyanın “Viitorul” klubu ilə üz-üzə gələcək. Həmin qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30