24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

İspaniya millisi və “Real”ın sabiq futbolçusu “Qəbələ”də

“Qəbələ” mövsümlərarası dövrdə ilk legioner transferini reallaşdırıb. Futbolxeber.az-ın məlumatına görə, bunadək yerli futbolçular İlqar Qurbanov, Aqil Məmmədov və Elvin Məmmədovu heyətinə qatan “qırmızı-qaralar” ispaniyalı Fransisko Xavyer Ernandes Qonzaleslə anlaşıb. 
 
Klubdan bildirilib ki, Xavi Ernandes Qonzales kimi tanınan futbolçu ilə 1 ili şərti olmaqla, 2 illik müqavilə imzalanıb. İspaniyalı legioner bu gün Avstriyada təlim-məşq toplanışında olan komandaya qoşulacaq. 
 
Qeyd edək ki, hücumameylli yarımmüdafiəçi 1989-cu il iyunun 6-da Salamanka şəhərində anadan olub. “Pizarrales” (1999-2002), “Salamanka” (2002-2005), “Real” (Madrid) (2005-2008) klublarının yeniyetmələrdən ibarət komandalarında oynayan Ernandes 2007-2008-ci illərdə İspaniyanın U-19 milli komandasında çıxış edib. O, yığmada keçirdiyi 5 matçda 1 qol vurub. 2008-ci ildə peşəkar karyerasına başlayan futbolçu “Real”ın B komandasına çıxış edib. 2011-ci ilədək bu komandada oynayan Xavi icarə əsasında İsveçin “Halmstad” (2011) klubunda da oynayıb. Ardınca vətənində “Salamanka” (2011-2013), “Ourense” (2013-2014) və “Burqos”un (2014-2015) şərəfini qoruyan yarımmüdafiəçi Rumıniyada “Poli Timişoara”da (2015-2016), Polşada “Qurnik Lençna”da (2016-2017) legioner həyatı yaşayıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30