28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Elvin Camalov: “Bunun nəticəsini qarşıdakı matçlarda görəcəyik”

İyunun 3-də Bakıda bir araya gələn “Qəbələ” ayın 7-dən hazırlıqlarını Avstriyada davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, “qırmızı-qaralar” Fulpmes qəsəbəsindəki təlim-məşq toplanışının ilk həftəsində eyni adlı komanda ilə yoxlama oyununda (8:0) qüvvəsini sınayıb.
 
Şimal təmsilçisinin yarımmüdafiəçisi Elvin Camalov klub saytına açıqlamasında təlim-məşq toplanışının arxada qalan hissəsini dəyərləndirib: “Ümumilikdə 12 gündür yeni mövsümün hazırlıqlarına start vermişik. Avstriyadakı təlim-məşq toplanışının da artıq bir həftəsi arxada qalıb. Hazırlıq prosesi məşqçilərin verdiyi proqram üzrə davam edir. Hesab edirəm ki, hər şey plana uyğundur. Məskunlaşdığımız Fulpmes çox gözəl qəsəbədir. Bura çox gözəl mənzərəyə malik yerdir. Təbiəti də göz oxşayır”.
 
Camalov toplanış prosesinin yeni mövsümdə bəhrəsini verəcəyini düşünür: “Burada keçdiyimiz təlim-məşq toplanışının nəticəsini qarşıdakı matçlarda görəcəyik. Artıq ilk yoxlama oyununu keçirmişik. Yerli komanda ilə görüşdük. Qarşıda daha 3 belə sınağımız olacaq. Bu toplanışda daha çox məşq etmək, güc toplamaq və üzərimizdə çalışmaq lazımdır. Yeni mövsümə tam hazır olmaq üçün bu hazırlıq prosesindən maksimum yararlanmalıyıq”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31