24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Qurban Qurbanov: “İnanıram ki, “Bakı” yenidən qayıdacaq” (MÜSAHİBƏ)

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün “Bakı”ya qarşı keçirilən yoxlama oyununun fasiləsində jurnalistlər üçün brifinq keçirib.

Futbolxeber.az saytının əməkdaşının da suallarını cavablandıran təcrübəli mütəxəssisin müsahibəsini təqdim edirik:

- Bir müddətdir məşqlərə başlamısız. Geridə qalan zaman ərzində hazırlıqlar necə keçir?

- İndidən fikir bildirmək tezdir. Ümumi vəziyyət pis deyil. Amma hələ ki istədiyimiz kimi hazırlaşa bilmirik. Oyunçularımızın hamısı əlimizdə deyil. Buna görə də aşağı yaş qruplarından da oyunçular götürmüşük. “Bakı” rəhbərliyi sağ olsunlar, xahişimizi yerə salmadılar. Bizim üçün yoxlama oyunu keçirmək çox vacib idi. Birdən eşitdim ki, “Bakı” fasilədə deyil. Ona görə də yoxlama oyunu keçirmək barədə razılığa gəldik. Komandada hələ ki səhvlər çoxdu, istədiklərimizi meydanda görə bilmirik. Belə də olmalıdı. Bu gün artıq hazırlığın birinci mərhələsini tamamlayırıq.

- Hazırda ən çox müzakirə olunan məsələlərdən biri də “Qarabağ”ın legioner transferidir. Bu məsələ ilə bağlı nə kimi yeniliklər var?

- Bir neçə legioner transfer etmək istəyirik. 1-2 futbolçu ilə tam razılaşmışdıq. Lakin son anda bir az problemlər çıxdı. Hazırda digər klublardan da təkliflər olduğu üçün danışıqlarımız yarımçıq qalıb. Axtarışlarımız davam edir. Legioner transfer etməyi çox istəyirik. Necə alınacağını zaman göstərəcək.

- Muarem Muaremlə yollarınızı hansı səbəbdən ayırdınız?

- Onun müqaviləsi bitmişdi. Hələ mövsümün sonunda belə ehtimal var idi. Götür-qoy etdikdən sonra belə qərara gəldik.

- Onun mövqeyinə yenidən əcnəbi alınması mümkündürmü?

- Alınmasa belə, həmin mövqedə oyunçularımız var. İstəməzdim ki Muaremlə vidalaşaq. Bu, mənim ən çətin qərarlarımdan biri idi. O da peşəkar futbolçudur və qərara hörmətlə yanaşır.

- Muarem “Qarabağ”a nə zaman daha faydalı oldu: birinci dönəmdə, yoxsa Türkiyədən qayıtdıqdan sonra?

- Komandaya ilk dəfə gələndə gənc idi. Adaptasiya olmaq üçün çox vaxt lazım idi. Türkiyəyə gedənə qədər yaxşı oyun nümayiş etdirirdi. Ordan qayıtdıqdan sonra oyun praktikasının yoxluğundan əziyyət çəkirdi. Amma zamanla bu problemi yoluna qoydu.

- Ansi Aqolli komandaya nə vaxt qoşulacaq?

- İyunun 20-də Avstriyada qoşulacaq komandaya. İlk əvvəl fərdi hazırlıq keçəcək. Onun bəpası üçün vaxt lazımdı.

- Şimali İrlandiya millisinin hücumçusu Kayl Laffertinin adı “Qarabağ”la yanaşı hallanır. Onun xidmətində nə vaxtsa maraqlı olmusuz?

- O futbolçu ilə bağlı heç kimə müraciət etməmişik. Laffertinin adı heç vaxt transfer siyahımda olmayıb.

- Yeni transferiniz Abbas Hüseynovun Avroliqada “İnter”ə kömək edəcəyi, sonradan “Qarabağ”ın düşərgəsinə qoşulacağı deyilir. Bu, nə dərəcədə doğrudur?

- Xeyr, belə bir söhbət olmayıb. Abbas hazırda komandamızın düşərgəsindədir.

- 2015/16 mövsümündə “Qarabağ”ın formasını geyən, son mövsüm Hollandiya çempionatında özünü yaxşı tərəfdən göstərən, dünən də yoxlama oyununda Norveçin qapısına yol tapan Samuel Armenterosun çıxışı sizdə necə təəssürat oyadır?

- Ondan siz daha çox narazı idiniz (gülür). Jurnalistlər gələn gündən üstünə düşmüşdülər. Onun uğurlarına çox şadam. Bu o deməkdir ki, zamanında seçimimizdə yanılmamışıq. Həmin potensialı Armenterosda görmüşdük. Komandaya tam uyğunlaşa bilmədi və nəticədə qarşılıqlı razılıqla yollarımızı ayırdıq. Mən ondan narazı deyildim. Yaxşı futbolçudu, bu gün inamlı oyun ilə də yanılmadığımızı göstərir.

- Bu gün yoxlama oyununda qarşılaşdığınız “Bakı” hazırda həvəskarlar liqasında çıxış edir. Halbuki paytaxt klubu yaxın gələcəkdə Azərbaycan futbolundakı aparıcı qüvvələrdən biri idi. Elə sizin rəhbərliyiniz altında da “Bakı”nın bir neçəsi oynayıb. Gələcəkdə yenidən “Bakı”dakı gəncləri sizin sərəncamınızda görə bilərik?

- “Bakı”nın indiki vəziyyəti təəssüf doğurur. İnanırıq ki, “Bakı” yenidən qayıdacaq, futbolumuza rəng qatacaq. Akademiyadakı uşaqlarla yeni tanış oluram. Hələ bu barədə danışmaq tezdi. Təbii ki, gələcəkdə bu məsələ nəzərimizdə olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30