25 Iyun 2018, Bazar ertəsi
Subotiç Azərbaycana qayıdır?
Laribin "Qarabağ"a gəlmədi
"Qəbələ" polşalılarla qarşılaşacaq
Mirabdulla: “Şadam ki, qol vura bildim”

Ölkə futbolu

“Səbail”dən daha iki transfer

Yeni mövsümdən transfer çalışmalarını davam etdirən “Səbail” daha 2 futbolçu ilə güclənib.

Futbolxeber.az saytının məlumatına görə, paytaxt klubu Vüqar Nadirov və Emin Cəfərquliyevi heyətinə qatıb.

Vüqarla 1 illik müqavilə imzalanıb. Son klubu "Qarabağ" olan təcrübəli futbolçu milli komandamızın heyətində 61 oyuna çıxıb. Vüqar Nadirov indiyədək "Karvan", "Masallı", "Xəzər Lənkəran", "Qəbələ", "İnter" kimi klubların heyətində də çıxış edib.

Emin Cəfərquliyevlə də 1 illik müqavilə imzalanıb. Son olaraq AZAL klubunda kapitanlıq sarğısını daşıyan 27 yaşlı müdafiəçi millimizin heyətində də çıxış edib.

Cəfərquliyev, həmçinin "Neftçi", "Bakı", "Karvan", MOİK, "Simurq", "Sumqayıt", "Araz-Naxçıvan" və "Şuşa"nın da formasını geyib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2018
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30





Click to Visit