26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Robert Prosineçki: “Bursaspor”la bağlı təkliflər…”

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki karyerası ilə bağlı açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, AFFA-nın rəsmi saytına danışan xorvatiyalı mütəxəssis əvvəla assosiasiyanın baş katib Elxan Məmmədovla görüşündən söhbət açıb:
 
“Məlumat üçün bildirirəm ki, oyundan sonra ənənəvi olaraq, AFFA-nın baş katibi ilə görüşdüm və oyunla bağlı hesabat təqdim etdim. AFFA rəhbərliyinə yaratdığı şəraitə uyğun olaraq millinin komanda şəklində göstərdiyi oyun barədə fikirlərimi ətraflı bildirdim. Baş katiblə eyni ofisdə, hətta bir mərtəbədə işləməyimizə, tez-tez görüşməyimizə baxmayaraq, belə hesabatlar hər oyundan sonra olur. Çox şadam ki, AFFA rəhbərliyi işimdən razıdır və komandanın nümayiş etdirdiyi oyunu yüksək qiymətləndirir. Bu etimadı doğrultmaq üçün seçmə mərhələnin qalan 4 oyununda da var gücümüzlə çalışmağa səy göstərəcəyik”.
 
Təcrübəli çalışdırıcı daha sonra “Bursaspor”a keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib: “O ki, qaldı son günlərdə bəzi KİV-də yayılan məlumatlarla, xüsusilə də “Bursaspor”la bağlı təkliflərlə əlaqədar bildirmək istərdim ki, bu hər bir işçi üçün normal haldır. Bu onu göstərir ki, AFFA tərəfindən yaradılan şəraitə əsasən görülən işlər xarici futbol mütəxəssisləri tərəfindən də dəyərləndirilir. Məhz bu səbəbdən də son vaxtlarda adım müxtəlif klublarla birgə hallandırılır. Konkret olaraq, qeyd etmək istərdim ki, AFFA ilə seçmə mərhələnin sonuna qədər müqaviləm var və assosiasiya işimi sona qədər davam etdirməyimi istəyir. Mən də bu fikirdəyəm. Hal-hazırda yaranan fasilə ilə əlaqədar ailəmlə birlikdə ölkəmə gedəcəyəm. Püşkə uyğun olaraq, isə Çempionlar Liqası və Avropa Liqasında çıxış edəcək klublarımızın oyunlarını diqqətdə saxlayacağam. Avqust ayında isə Azərbaycana dönəcəyəm, Premyer Liqanın yeni mövsümünün oyunlarını izləyəcəyəm, millinin seçmə mərhələ çərçivəsində keçirəcəyi qarşılaşmaların hazırlığına başlayacağıq”.
 
Qeyd edək ki, Prosineçkinin AFFA ilə müqaviləsi bu ilin sonunda başa çatacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30