24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Yenə Volkan Dəmirəl, yenə Azərbaycan…

Bir müddət əvvəl “Qarabağ”dan transfer təklifi aldığı deyilən “Fənərbaxça”nın qapıçısı Volkan Dəmirəlin adı yenidən Azərbaycanla hallanır. Futbolxeber.az-ın məlumatına görə, bu barədə 35 yaşlı qolkiperin meneceri Erdinc Şehit maraqlı açıqlamalar verib. 
 
Onun sözlərinə görə millinin sabiq üzvü Azərbaycandan təklif alıb:  “Fənərbaxça” ilə danışıqlarımız davam edir. Volkan karyerasını burada bitirmək niyyətindədir. Amma Azərbaycan, İtaliya və Amerikadan təklif almışıq. Lakin “Fənərbaxça” bizim üçün birinci danışacağımız klubdur”.
 
Maraq üçün əlavə edək ki, bu iddialardan sonra açıqlama verən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyilənlərin əksini söyləmişdi: “Elə bir şey yoxdu. “Qarabağ” tərəfdən Volkan Dəmirələ təklif olmayıb”.
 
Qeyd edək ki, Dəmirəl 2002-ci ildən "Fənərbaxça"da çıxış edir və onun müqaviləsi bu ayın 30-da başa çatyır.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30