20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Prosineçkinin Azərbaycan millisindəki taleyinə bu gün aydınlıq gələ bilər

Baş məşqçi Robert Prosineçkinin futbol üzrə Azərbaycan milli komandasındakı taleyinə bu gün aydınlıq gələ bilər. Futbolxeber.az-ın məlumatına görə, bu barədə xorvatiyalı mütəxəssisin özü yerli mətbuata açıqlamasında bildirib.
 
O, Türkiyə "Bursaspor"unun sükanı arxasına keçəcəyinə dair xəbərlərə aydınlıq gətirib. Prosineçki AFFA rəhbərliyi ilə görüşündən sonra gələcək addımını müəyyənləşdirəcəyini söyləyib: "2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinin sonunadək müqaviləm var. Yəni, dekabradək Azərbaycanda qalmalıyam. Amma hər şeyi bazar ertəsi biləcəyəm. Rəhbərliklə görüşmək niyyətindəyəm. Bu görüşdən sonra gələcəkdə nə edəcəyimi müəyyənləşdirəcəyəm".
 
Prosineçki Şimali İrlandiya yığmasına Bakıda 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında jurnalistlərlə arasında yaşanan insident barədə də danışıb: "Adətən, ilk sual yenicə başa çatan oyun barədə olmalıdır. Amma mən mətbuat konfransına gələn kimi "Bursaspor"la bağlı sual verdilər. Onlar məndən oyun, üzücü məğlubiyyət haqda yox, Türkiyəyə gedib-getməyəcəyimi soruşdular. Bu, birinci sual idi. Sonrakı iki sual da eyni mövzuda oldu və özümdən çıxdım. Mən onlara dedim ki, istəyirsinizsə, gedə bilərəm".
 
Qeyd edək ki, Robert Prosineçki mətbuat konfransında "Bursaspor" variantı barədə jurnalistlərin davamlı suallarından sonra qarşısındakı stəkanı qırıb. 6 turdan sonra 7 xala malik Azərbaycan millisi C qrupunda 4-cü pillədə qərarlaşıb. ("Report")
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30