25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Prosineçki: “Axtardığımı tapmışam”

Bu gün 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində millimiz evdə Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzub. Futbolxeber.az-ın məlumatına görə, matçdan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran yığmamızın baş məşqçisi Robert Prosineçki məğlubiyyəti belə şərh edib:
 
- Çox danışmaq istəmirəm. Futbolda bu cür hadisələr olur: bir komanda oynayır, digəri fərqlənir. Biz hücum etdik, son dəqiqədə qol buraxdıq.
 
- Dmitri Nazarov bu gün meydanda, demək olar ki, yox idi. Onu meydanda çox saxladığınızı düşünmürsünüz?
- Ola bilər.
 
- Bu cür məğlubiyyətdən sonra futbolçuları növbəti oyuna kökləmək çətin olmayacaq?
- Milli üzvləri istirahətə gedir. 10-15 gündən sonra klublarına qayıdacaqlar. Biz bu gün çox az səhvə yol verdik. Düşünürəm ki, sentyabra qədər futbolçular özlərinə gələcəklər.
 
- Millinin oyununa baxanda, sanki meydanda “Qarabağ” oynayırdı. Dəst-xətti nəzərdə tuturam.
- Mən bura gələndən milli bu üslubda oynayır. Topa nəzarət 70 faiz bizdə idi.
 
- Kamran Ağayev 70-ci dəqiqədən sonra komanda yoldaşlarından fərqli olaraq, vaxt öldürməklə məşğul idi. 
- Bizim iki qol imkanımız məhz 70-ci dəqiqədən sonra oldu.
 
- Türkiyə mətbuatına inansaq, sabah qardaş ölkəyə yollanırsınız və “Bursaspor” rəhbərliyi ilə danışıqlar aparacaqsınız.
- Bu suala cavab vermək istəmirəm.
 
- Stadiona toplaşan 30 min azarkeşə hər hansısa bir sözünüz var?
- Azarkeşlərə minnətdarlığımı bildirirəm. Bir onu deyirəm ki, futbolçular meydanda canlarını qoydular.
 
- Almeydanın timsalında axtardığınız oyunçunu tapdınızmı?
- Riçard artıq 6 ildi Azərbaycandadı. Onun uyğunlaşmasına ehtiyac yox idi. Riçini oyunçular məndən yaxşı tanıyır. Bilavasitə suala gəlincə, bəli, onun timsalında axtardığımı tapmışam.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30