25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Azərbyacan yığmasından bunu gözləyirdik”

Bu gün 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində millimiz evdə Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzub. Futbolxeber.az-ın məlumatına görə, matçdan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran qalib komandanın baş məşqçisi Maykl O Nil bu sözləri deyib:
 
- Çətin oyun keçdi. Robert Prosineçki doğrudan da yaxşı kollektiv yaradıb. Əsas nəticəni qazanmaq idi, onu da bacardıq.
 
- Conni Evans barədə fikirləriniz necədir?
- Yüksək səviyyəli futbol sərgilədi. Müdafiəçiyə xas olan bütün xüsusiyyətləri ortaya qodu.
 
- Namiq Ələsgərova qarşı qayda pozuntusunu 30 min insan gördü, hakim isə görmədi. Hakimliklə barədə fikirlərinizi öyrənmək istərdik.
- Düşünürəm ki, hakimlik yüksək səviyyədə idi. Həmin epizod isə cərimə meydançasından kənarda baş vermişdi.
 
- Nəticəni ədalətli sayırsınız?
- Yaxşı oyun oldu. İlk yarıda bizim də qol fürsətlərimiz oldu. Qrup lideri Almaniyadı. Çalışacağıq ki, qrup ikincisi olaq.
 
- Belfast və Bakıdakı oyunlar arasında hansı fərqləri gördünüz?
- Azərbyacan yığmasının bu cür oyun üslubunda oynayacağını gözləyirdik. Topa sahibolmada rəqib üstün oldu. Ancaq bizim məqsədimiz qalib gəlmək idi, buna da nail olduq.
 
- Matç 0:0 başa çatsaydı, hesab sizi qane edəcəkdimi?
- (gülür) Xoşbəxtəm ki, biz qalib gəldik. Ancaq 0:0-dan da məmnun qalardım.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30