19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Prosineçki: “Bizi böyük oyun gözləyir”

“Bir aya yaxın toplanışda olduq. Kubokun finalından sonra futbolçulara 10 gün istirahət verdim”.

Futbolxeber.az saytının apasport.az-a istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.

Komandamız sabah DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya yığmasını qəbul edəcək.

Oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran xorvatiyalı müxəsissis oyuna hazır olduqlarını bildirib: “Avstriyadan qayıdandan sonra da son 6 gündə məşq keçdik. Hazırlığın gedişindən razı qaldım. Sabah komandaya azarkeş dəstəyi lazım olacaq. Bizi böyük oyun gözləyir. Səfərdəki məğlubiyyəti yaddan çıxarmamışıq. Komandam hazırdı, çıxıb mübarizə aparacaq. Ümid edirəm ki, nəticə bizim üçün müsbət olacaq”.

- Yoxlama görüşü keçirməməyiniz sabah nə dərəcədə rol oynaya bilər?

- Yoldaşlıq görüşü olsaydı, daha yaxşı olardı. Təəssüf ki, rəqib tapa bilmədik. Amma komanda tam gücü ilə çalışıb. 26 nəfərin hər biri sabah oynamağa hazırdı. İnanıram ki, bizi maraqlı mübarizə gözləyir. Hər cür nəticə ola bilər. Amma komandama güvənirəm. Hazırlıq prosesində göstərdiklərini sabah meydanda da sərgiləyəcəklər.

Məşqdə iki oyunçumuz yüngül zədə alıb. Onların nə dərəcədə olduğunu bir azdan məşqdə görəcəyik. Hamı sağlam olsa, start heyətimiz belə olacaq: Kamran Ağayev - Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Pavel Paşayev - Qara Qarayev, Cavid Hüseynov, Riçard Almeyda, Əfran İsmayılov, Dmitri Nazarov - Ramil Şeydayev

- Rəqibin baş məşqçisi Bakıdakı oyunun ağır keçəcəyini vurğuladı və sizdən sürpriz gözləyir. Siz ola bilərmi ki, bir yox, bir neçə sürpriz hazırlamısınız?

- Rəqibin baş məşqçisinin çətin oyun keçirəcəklərini deməsi şad haldı. Yəqin ki, onları çətin oyun gözləyir. Onları lazımi qədər təhlil etmişik. Sürprizim var, amma burda açıqlamayacam. Sabah hamı görəcək. Mənə görə əsas olan komandanın məşqlərdə keçdiklərini oyunda göstərməsidi.

- Bir çox ulduz futbolçuların milli karyerası uğurlu alınmır. Riçard Almeyda “Qarabağ”dakı parlaq çıxışını yığmada sərgiləyə biləcəkmi?

- Mən belə təminat verə bilmərəm. Sabah onun ilk oyunu olacaq. Almeyda peşəkar futbolçudu, məşqlərdə əzmkarlıq göstərir. 6 ildi Azərbaycandadı, bəzi oyunçularla bir klubda çıxış edir. İnanıram ki, o, sabah komandamıza kömək edəcək. Amma 100 faizli təminat verə bilmərəm.

- Heç-heçə yığmamızı qane etməyəcək. Bərabərlik davam edərsə, sona 15 dəqiqə qalmış sxemi dəyişib, 2 hücumçuya keçə bilərsinizmi?

- İki hücumçu ilə meydana çıxmaq o demək deyil ki, hücum futbolu göstərəcəyik. Amma oyunun gedişinə görə hər hansı bir dəyişikliklər ola bilər. Bunu indidən deyə bilmərəm. Ehtiyatda oturan oyunçular daim hazır olmalıdılar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31