25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

"Bu dəfə bizi Azərbaycanla daha çətin oyun gözləyir"

“Türkiyədə hava şəraiti Azərbaycandakı kimidir. Orda çətin toplanış keçdik. Ümid edirik ki, hər şey yaxşı olacaq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Şimali İrlandiya yığmasının kapitanı Stiven Devis DÇ-2018-in seçmə mərhələsində sabah millimizlə qarşılaşacaqları oyun üçün təşkil olunan mətbuat konfransında deyib.

"Sautgempton"un futbolçusu Azərbaycan son səfərləri ilə indiki arasında fərq olduğunu bildirib: "Axırıncı dəfə Azərbaycanda olanda qrupda vəziyyət fərqli idi. Bu dəfə bizi daha çətin sınaq gözləyir. Çünki indi rəqibimiz də qrup ikinciliyini hədəfləyib. Amma qrupdakı oyunlarımızı nəzərə alsaq, uğurlu çıxış edəcəyimizə inamımız artır. İkinci pillədə qərarlaşsaq da, qələbə qazanmalıyıq. Bakıya 3 xal dalınca  gəlmişik. Belfastda qələbə qazanmışıq. Bunun davamını gətirmək istəyirik".

Şimali İrlandiya millisi indiyədək Bakıda qələbə qazana  bilməyib. Təcrübəli yarımmüdafiəçi son görüşdə yığmamıza qalib gəldiklərini xatırladaq yaxşı nəticəyə ümid etdiklərini deyb: "Təbii ki, hər bir səfər oyunu çətin olur. Ancaq biz öz meydanımızda Azərbaycana qalib gəldik. Ona görə də özümüzə inanırıq" (qol.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30