19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

O`Nil: “Ümid edirik ki, Azərbaycan millisi sabah o cür oynamayacaq”

“Azərbaycanın bütün oyunlarına baxmışıq. Düşünürəm ki, Prosineçki millini yaxşı hazırlaşdırıb. Azərbaycan millisi Almaniya ilə oyunda 30-35 dəqiqə yaxşı oyun sərgilədi. Ümid edirik ki, sabah o cür oynamayacaqlar”

Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri Şimali İrlandiya millisinin baş məşqçisi Maykl O`Nil DÇ-2018-in seçmə mərhələsində sabah yığmamızla keçiriləcək oyun üçün təşkil olunan mətuat konfransında deyib.

- Yerli mətbuata açıqlamanızda Riçard Almeydanın adını xüsusi qeyd etmişdiniz. Ondan çəkinirsiniz?

- Almeydanın klubundakı oyunlarını izləmişik. Ancaq Şimali İrlandiya yığmasının üzvləri də Premyer Liqada çıxış edirlər. Onlar braziliyalı futbolçuya qarşı mübarizə aparacaq gücdədilər.

- Havanın isti olması sizin üçün nə dərəcədə problem yarada bilər?

- Hava yaxşıdır, sərindir. Türkiyədə eyni hava şəraiti olduğu üçün bunun bizə problem yaradacağına inanmıram.

- Belfastdakı oyunu Bakıda da göstərə biləcəksinizmi?

- Sabahkı matçda fiziki və taktiki hazırlıq çox önəmli olacaq. Belfastdakı görüşdə qol buraxmadan qələbə qazandıq. Bakıda da bunu təkrarlaya bilərik. Amma Azərbaycan yığması da sabahkı matça daha yaxşı hazırlaşıb. Onlar da qrup ikinciliyi üçün yarışırlar.

 - Azərbaycan millisinin hansı mövqeyini daha güclü hesab edirsiniz?

- Təkcə Almeyda haqda danışmağım digərlərinə hörmətsizlik olar. Bundan başqa, Dmitri Nazarov, Ramil Şeydayev, Ruslan Qurbanov, Rahid Əmirquliyevin adını qeyd edə bilərəm. Azərbaycan klublarının avrokubok matçlarını izləmişik. “Qarabağ”ın iki il əvvəl Çempionlar Liqasında “Seltik”lə görüşünə baxmışam. Yaxşı mübarizə aparmışdılar. Avrokubok təcrübəsi futbolçular üçün müsbət haldır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30