16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

"Qarabağ"ın rəqibini tanıyaq

Makedoniya "Metallurq"unu hər iki oyunda 1:0 hesabı ilə məğlub edərək, Avroliqanın ikinci mərhələsinə yüksələn "Qarabağ" bu turda Polşanın "Piast" klubu ilə görüşəcək. Futbolxeber.az-ın məlumatına görə, Qlivitse şəhərini təmsil edən "Paist"ın əsası 1945-ci il iyunun 18-də qoyulub. Tarixi ərzində birinci liqada 32 mövsüm keçirən "Qarabağ"ın rəqibi Polşanın yüksək liqası - "Ekstraklassa"ya yalnız 2008-ci ildə yüksələ bilib. Son mövsüm dördüncü olan "Piast" ev oyunlarını doğma şəhərindəki eyniadlı stadionda keçirir. "Piast" stadionunun tutumu 10 mindir. Klubun prezidenti Yatsek Kşijanovski, baş məşqçisi isə Matçin Broşdu. Komanda ev oyunları zamanı göy-qırmızı, səfər matçlarında isə ağ-qırmızı rəngli formada çıxış edir. Son mövsüm "Piast" ölkə çempionatında dördüncü yeri tutub. Tarixi ərzində komanda 2 dəfə ölkə kubokunda finala yüksəlsə də, hər iki halda həlledici qarşılaşmadan məyus ayrılıb. 1978-ci ildə "Zaqlembe", 1983-cü ildə isə "Lexiya" "Piast"ın arzusunu gözündə qoyub. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30