28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

UEFA-nın baş katibi Bakıda

UEFA-nın baş katibi Teodor Teodoridis Azərbaycana gəlib. Futbolxeber.az-ın sport24.az-a istinadən məlumatına görə, yunan qonaq Bakıda işgüzar səfərdədi.
 
Teodoridis AFFA-dan olan həmkarı Elxan Məmmədovla birgə ötən gün MFL-nin keçirdiyi tədbirdə olub. O, Fransanın əfsanəvi futbol fristayleri Sean Qarnyerinin komandasının “Sportster” idman meydançasında Mini Futbol Liqasının ən güclülərindən ibarət “MFL All Stars” yığması ilə qarşılaşmasını izləyib. 
 
Qitə futbol qurumunun əsas rəhbər şəxslərindən birinin Bakıya səfərinin məqsədini öyrənmək üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq. O, səfərin məramını bu gün açıqlayacaqlarını bildirib. Teodoridisin Azərbaycan milli komandasının 2018-ci il dünya çempionatının seçmə mərhələsində Şimali İrlandiya yığması ilə iyunun 10-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyununu da seyr edəcəyi gözləmək olar.
 
Xatırladaq ki, UEFA-nın baş katibi ötən il Bakıda 2 müxtəlif vaxtda səfərdə olub. O öncə AFFA-nın Hesabat-Seçki Konfransında iştirak edib, daha sonra UEFA-nın yeni prezidenti Aleksander Çeferini AFFA rəhbərliyi ilə görüşmək məqsədilə ölkəmizə etdiyi səfər zamanı müşayiət edib. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31