19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"İnter" üçün 93 yaşlı rəqib

Avroliqanın ikinci mərhələsində "İnter" Norveçin "Tromse" klubu ilə üz-üzə gələcək. Futbolxeber.az-ın məlumatına görə, eyniadlı şəhəri təmsil edən klubun əsası 1920-ci ilin 15 sentyabrında qoyulub. 1986-cı ildə yüksək liqada debüt edən "Tromse" yalnız 1 dəfə elita ilə vidalaşıb.

Komanda ev oyunlarını 7500 tamaşaçı tutumuna malik olan "Alfxeym" stadionunda keçirir. Klubun prezidenti Helqe Kremer, baş məşqçisi isə Aqnar Kristensendir. O, 2013-cü ildən "Tromse"ni çalışdırır. Son mövsümdə "Tromse" Norveç çempionatında dördüncü yeri tutub. Cari mövsümdə isə "İnter"in rəqibi 15 turdan sonra 19 xalla səkkizinci pillədə qərarlaşıb. Komanda ölkə çempionatında keçirdiyi son 2 oyunda uduzub. "Tromse" ev oyunlarını ağ-qırmızı zolaqlı, səfər görüşlərini isə göy rəngli formada keçirir.

Tarixində heç vaxt ölkə çempionu ola bilməyən "Tromse" 2 dəfə gümüş (1990, 2011), 3 dəfə isə bürünc (1989, 2008, 2010) medalları qazanıb. 1986 və 1996-cı illərdə isə komanda ölkə kubokuna sahib çıxıb. Məşhur norveçli Ture-Andre Flo 1995-ci ildə "Tromse"nin şərəfini qoruyub. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30