20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Millimiz Şimali İrlandiya ilə oyuna yeni formada çıxacaq

Bir neçə ildir ki, Umbro şirkəti ilə əməkdaşlıq edən AFFA Azərbaycan milli komandası üçün AÇ-2016-nın seçmə mərhələsinin sonuna qədər kifayət edəcək sayda geyim əldə etmişdi. 
 
Futbolxeber.az-ın məlumatına görə, mövcud geyim dəstlərindən qənaətlə istifadə olunduğu üçün millimizin DÇ-2018-in geridə qalan oyunlarında da “Umbro” şirkətinin istehsalı olan formalardan istifadə olunub. Seçmə mərhələnin digər qarşılaşmaları üçün forma almaq məqsədilə AFFA bir neçə, o cümlədən “Umbro” və “Nike” şirkətləri ilə danışıqlar aparıb. “Nike” şirkəti “Umbro” ilə müqayisədə tələb olunan geyimləri daha tez və 11 faiz ucuz qiymətə təmin etdiyi üçün AFFA ilə Nike arasında razılıq əldə olunub. Beləliklə, Azərbaycan milli komandası DÇ-2018-in seçmə mərhələsində iyunun 10-da Şimali İrlandiya yığmasına qarşı keçirəcəyi oyundan başlayaraq mövsümün sonuna qədər meydana “Nike” istehsalı formada çıxacaq.
 
Formanın dizaynı ilə iyunun 8-də, saat 11:00-da affa.az-da və AFFA-nın rəsmi facebook səhifəsində tanış ola bilərsiniz.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30