19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Qəbələ" "Rostov"a məğlub oldu

Rusiyanın Kaspiysk şəhərində keçirilən “Caspian Cup” turnirinə start verilib.

Futbolxeber.az saytının məlumatına görə, “Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası ilk turda Rusiya təmsilçisi “Rostov”la qarşılaşıb. “Qırmızı-qaralar” bu görüşdən 0:1 hesablı məğlubiyyətlə ayrılıb.

Dağıstanda baş tutan turnir iyunun 11-dək davam edəcək. Kaspiysk şəhərindəki “Anji Arena” stadionunun meydançalarında 8 komanda mübarizə aparır.

“Qəbələ” A qrupunda Rusiya təmsilçiləri “Krasnodar”, “Ramzan” və “Rostov”la qüvvəsini sınayır.

“Qırmızı-qaralar” sabah “Ramzan”la, qrup mərhələsinin son günündə - ayın 8-də “Krasnodar”la qarşılaşacaq.

Birgünlük istirahətdən sonra hər qrupun iki ən yaxşı komandası yarımfinal, digərləri 5-8-ci yerlər uğrunda matçlarda üz-üzə gələcək. İyunun 11-də isə final, həmçinin 3-cü, 5-ci, 7-ci yerlər uğrunda matçlar keçiriləcək.

Rakif Əliyevin baş məşqçisi olduğu “Qəbələ”nin U-14 komandası turnirə 18 futbolçu ilə yollanıb.

Heyətdə Zaur Sultanov, Süleyman Damadayev, Vüsal Mirzəzadə, Rauf Rüstəmli, Xəyal Səmədov, Ülvü Mədətov, Kamal Kazımov, Nihad Cəfərov, Mehrac Baxşəliyev, Sərxan Mirzəzadə, Ümüd Həmzəyev, Cavid Rəhimov, Orxan Səlimov, Asif Məmmədov, Kənan Qaragözov, Rəşad Əmrahov, Taleh Qarayev və Anar Tağıyev yer alıb.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30