26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Səbail” yeni transferlərini rəsmən açıqladı

Yeni mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək "Səbail" ilk transferlərini həyata keçirib. Futbolxeber.az-ın məlumatına görə, paytaxt təmsilçisi Kamal Qurbanov və Emin Mehtiyevi heyətinə qatıb.
 
Klubdan bildirilib ki, hər iki futbolçu ilə 1 illik müqavilə imzalanıb.
 
"Neftçi"nin yetirməsi olan 23 yaşlı müdafiəçi Kamal Qurbanov bu klubun əsas komandasında həm premyer liqada, həm də avrokuboklarda çıxış edib.
 
Son olaraq "Zaqatala"nın formasını geyən Emin Mehtiyev də "Neftçi"nin yetirməsi hesab olunur. U-17, U-19 və U-21 millilərimizin də şərəfini qorumuş 24 yaşlı yarımmüdafiəçi karyerası ərzində "Neftçi"nin əsas komandasında avrokubok həyacanı yaşamaqla yanaşı, "Abşeron"un heyətində də çıxış edib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30