20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Qurbanov rəsmən “Qəbələ”də

2017/18 mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətini İlqar Qurbanovla gücləndirib. Futbolxeber.az-ın məlumatına görə, mövsümlərarası fasilədə ilk transferini rəsmiləşdirən "qırmızı-qaralar" 31 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalayıb.
 
Qeyd edək ki, 25 aprel 1986-cı ildə Bakıda anadan olan Qurbanov peşəkar futbolçu karyerasına 2004-cü ildə “Xəzər Lənkəran”da başlayıb. 2007-ci ilədək sözügedən komandada top qovan yarımmüdafiəçi 2009-2010-cu illərdə “Olimpik-Şüvəlan”, 2011-2017-ci illərdə “Qarabağ”ın formasını geyinib. Türkiyədə legioner həyatı yaşayan Qurbanov “Sivasspor” (2007-2008), “Boluspor” (2008-2009) və “Mersin İdman Yurdu”nda (2010-2011) çıxış edib. Yarımmüdafiəçi Azərbaycan çempionatlarında 187 matçda meydana çıxıb və 14 dəfə rəqib qapılarına yol tapıb. İlqar Qurbanov Azərbaycan milli komandasının heyətində 29 oyun keçirib və 1 qol vurub.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30