19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Azərbaycanda oynamağı Ndlovunun başına bəla olub - “Qeyri-stabil çempionatdır”

Cənubi Afrika Respublikası millisinin 2019-cu il Afrika Millətlər Kubokunun seçmə mərhələsində Nigeriya ilə keçiriləcək oyun üçün heyəti açıqlanıb. Futbolxeber.az-ın məlumatına görə, yığmanın baş məşqçisi Stuart Bakster “Qarabağ”ın hücumçusu Dino Ndlovuya dəvət göndərməyib.
 
O, 27 yaşlı hücumçunu milliyə çağırmamasının səbəblərini açıqlayıb. Bakster Azərbaycan Premyer Liqasının qeyri-stabil çempionat olduğunu bildirib: “Dino belə oynamağa davam edərsə, mən onu ciddi şəkildə izləməli olacağam. Lakin Azərbaycan və İtaliya çempionatlarında qollar vurmaq arasında fərq var. Mən əvvələr həmin çempionatdan olan komandalarla üz-üzə gəlmişəm. Beləliklə, oradakı çempionatın elə də pis olmadığını bilirəm. Lakin qeyri-stabildir. Onu çağırmamağımın digər səbəbi də var. Çünki qarşımızda kifayət qədər balanslı və alternativli heyət var”. 
 
Qeyd edək ki, Ndlovu ötən ilin avqustundan "Qarabağ"da çıxış edir. O, CAR millisində də 4 oyun keçirib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30