23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Kəpəz”də ayrılıq: 3 legioner göndərildi

Mövsümlərarası fasilədə transfer çalışmalarını davam etdirən “Kəpəz” yerli oyunçular ilə yanaşı, legionerlərlə də bağlı seçimə diqqət ayırır. Futbolxeber.az-ın məlumatına görə, Gəncə təmsilçisi ötən mövsüm komandanın heyətində çıxış etmiş 3 futbolçu ilə başa çatmış müqaviləni uzatmayıb. 
 
Klubdan bildirilib ki, kamerunlu hücumçu Julien Ebah, portuqaliyalı yarımmüdafiəçi Serjio Kosta və litvalı qolkiper Tadas Simaitis ilə yollar ayrılıb.
 
Müqaviləsi başa çatan və digər klublardan daha sərfəli təkliflər alan Dario Frederikonun “Kəpəz”dən gedişi məsələsi hələ öncədən məlum idi.
 
Klub rəhbərliyi son mövsümdə komandanın şərəfini qoruyan Renan Alvesin xidmətlərində isə yenidən maraqlıdır. Odur ki, yeni anlaşma əldə etmək üçün braziliyalının agenti ilə danışıqlar davam edir.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30