19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

AFFA klubların lisenziyalarını verdi

Bu gün AFFA-nın inzibati binasında 2017-2018-ci il lisenziyalaşdırma mövsümündə UEFA-nın klub yarışlarında və Topaz Premyer Liqasında iştirak etmək üçün lisenziya əldə etmiş klubların nümayəndələri ilə görüş keçirilib. Futbolxeber.az-ın məlumatına görə, Lisenziyalaşdırma Qrupunun əməkdaşları tərəfindən iştirakçılara mövsümünün yekunları ilə bağlı statistik göstəricilər və növbəti mövsümün lisenziyalaşdırma prosesini əhatə edəcək yeniliklərlə bağlı məlumat verilib.
 
Tədbirin sonunda növbəti mövsümdə Topaz Premyer Liqasında iştirak edəcək klublar müvafiq lisenziyalarla, həmçinin adları aşağıda qeyd olunmuş klub nümayəndələri xüsusi sertifikatlarla təltif olunub:
 
- Zöhrab Hacıyev (Neftçi PFK) – ötən mövsümün ən yaxşı lisenziyalaşdırma üzrə meneceri
 
- Mənsurə Məmmədova (Kəpəz PFK) - ötən mövsümün ən yaxşı maliyyə meneceri
 
Qeyd edək ki, “Qarabağ”, “Qəbələ”, “İnter”, “Zirə”, “Neftçi”, “Sumqayıt”, “Kəpəz” və “Səbail” klubları 2017-2018 mövsümündə Premyer Liqada iştirak etmək üçün lisenziya alıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30