19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Qəbələ” “Dinamo” ilə qarşılaşacaq

“Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə çıxış edəcək. Futbolxeber.az-ın məlumatına görə, “qırmızı-qaralar” Gürcüstanın paytaxtı Tiflisdə təşkil edilən Nodar Axalkatsinin xatirəsinə həsr olunan turnirdə qüvvəsini sınayacaq. 
 
Mayın 26-dan iyunun 2-dək keçiriləcək yarış Tiflis “Dinamo”sunun akademiyasının meydançasında baş tutacaq. Namiq Əliyevin baş məşqçisi olduğu komanda qrup mərhələsində Gürcüstan təmsilçiləri ilə görüşəcək. Mayın 27-də “Dinamo” ilə üz-üzə gələcək “qırmızı-qaralar” ertəsi gün “Saburtalo”, ayın 29-da isə “Telavi” ilə qarşılaşacaq.
 
“Qəbələ” Gürcüstandakı turnirə 16 futbolçu ilə yollanıb. Heyətdə İslam Əbduləzizov, Əli Tahirov, Ceyhun Bağırzadə, Həsən Nəzərli, Samid Əhmədov, Ziya Şəkərxanov, Əhməd Məmmədov, Asim Əlicanov, Nurlan Ağabəyov, Mahir Mehdiyev, İlkin Budaqov, Murad Abdullayev, Cümə Hüseynov, Elnur Mustafayev, Sənan Məsimov və Samir Musayev yer alıblar.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30