29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qəbələ”nin U-19 komandası da mükafatsız qalmadı

Ötən gün U-19 Liqasında 2016-2017-ci illər mövsümünə yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, “Qəbələ” XXXIII turun qarşılaşmasında “Şərurspor” üzərində texniki qələbə qazanıb. 
 
Rəqib komanda yarışda çıxışını dayandırdığından “qırmızı-qaralar”a meydana çıxmadan 3 xal əldə edib – +:- (3:0). Bu, Şimla təmsilçisinin mövsümdə 24-cü qələbəsi olub. Hesabında 6 heç-heçə və 3 məğlubiyyət olan “Qəbələ” 78 xalla çempionatı 2-ci pillədə başa vurub. Gümüş medallara yiyələnən “qırmızı-qaralar” yarışda 107 qol vurub, 22-ni buraxıb.
 
Bu, “Qəbələ” futbol akademiyasının cari mövsüm liqalarda qazandığı 8-ci mükafat olub. Bunadək U-16, U-15, U-13, U-12, U-11 qızıl, U-14 və U-10 bürünc medallara yiyələnib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31