19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Zirə”nin futbolçusu “Qəbələ”də

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Zirə”də daha bir futbolçunun taleyinə aydınlıq gəlib. Futbolxeber.az-ın məlumatına görə,  bu barədə apasport.az saytına klubun baş məşqçisi Ayxan Abbasov açıqlama verib.
 
O bildirib ki, komandanın kapitanı Elvin Məmmədovla yolları ayırıblar. Buna səbəb tərəflərin maliyyə cəhətdən ortaq məxrəcə gələ bilməmələri olub.
 
Bununla da Elvin Məmmədov yay fasiləsində “Zirə”ni tərk edən 5-ci oyunçu olub. Ona qədər Migel Lorenzo, Tural Cəlilov, Nurlan Novruzov və Yamin Ağakərimzadə yola salınmışdı.
 
Milli komandamızın üzvünün klubsuz günləri çox çəkməyib. “Qəbələ” və “Neftçi”nin maraq dairəsində olan 29 yaşlı yarımmüdafiəçi seçimini birincilərin xeyrinə edib. Belə ki, hazırda yığmanın düşərgəsində Avstriya toplanışında olan Məmmədov “Qəbələ” ilə ilkin razılığa gəlib. O, Azərbaycana qayıdan kimi, "qırmızı-qaralar"la münasibətləri rəsmiləşdirəcək.
 
Qeyd edək ki, Elvin Məmmədov “Zirə”yə ötən ilin yanvarında keçib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30