29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Baş katib: "Gəlin, həzz alaq"

"Hər kəsi təbrik edirəm, gözəl final matçı izlədik, ilk hissədə daha rahat oynayırdıq, sonra komandamız təzyiq altına düşərək, axıra yaxın oyuna nəzarəti itirmişdi. Buna baxmayaraq, qızıl medalları qazandıq. Bütün futbolçuları və məşqçilər heyətini təbrik edirəm".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Omanı 2:1 hesabı ilə məğlub edərək, qızıl medal qazandığı final görüşündən sonra deyib. 
 
Milli assosiasiya rəsmisi futbolçularını milliyə buraxan klublara təşəkkürünü bildirib: 
 
"Fürsətdən istifadə edərək, bütün klublarımıza da "çox sağ olun" demək istərdim. Çünki mövsümün sonu olmasına baxmayaraq, martın sonlarından etibarən futbolçularını milliyə buraxdılar. Təlim-məşq toplanışlarını da, hazırlıq işlərini də yaxşı görə bildik. Komandamız da gözəl nəticə göstərdi".
 
Baş katib İslamiada çempionluğu münasibətilə yığma üzvlərinin AFFA tərəfindən də mükafatlandırılacaqlarını açıqlayıb: 
 
"Təbii ki, AFFA da mükafat verəcək. Amma ilk növbədə, mükafatlandırma dövlət tərəfindən olacaq, sonra isə AFFA-dan. Komandaya söz vermişdik ki, yaxşı nəticə göstərsək, finala çıxsaq, sonra isə qızıl medalları qazansaq, öz tərəfimizdən də mükafat olacaq. Məbləği açıqlamaq istəmirəm. Gəlin, qızıl medaldan həzz alaq". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31