20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Gəlin, birdən-birə özümüzü yükləməyək"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün "Metallurq"la oyunöncəsi mətbuat konfransı keçirib. Futbolxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis ilk öncə oyun sabahkı matç haqda danışıb:  

- İnşallah, 2 oyunun qalibi olmağa çalışacağıq. “Metallurq” təhlükəli rəqibdir. Bunu ilk oyunun əvvəlindən hiss etdik. Onlar bizi yaxşı təhlil etmişdilər. Skopyelilərin bizim haqda informasiyası çox idi, nəinki bizim onlar haqda. Biz də əldə etdiyimiz videoyazılarla rəqibi təhlil etdik. 1:0 hesabı ilə qalib gəlsək də, bizə heç də asan olmayacaq.

- Komandanız bugünkü məşqdə daha çox standart vəziyyətlər üzərində işlədi. Bu, nə ilə əlaqədardır?

- Bu günkü məşqdə standart vəziyyətlərə daha çox diqqət yetirdik. Sabah səhər də məşqimiz olacaq. Rəqib standart vəziyyətlərdə təhlükəlidir.

- Sizcə, “Qarabağ” qrup mərhələsinə düşməyə hazırdırmı?

- Gəlin, birdən-birə özümüzü yükləməyək, indidən bu haqda düşünməyək. Hər oyunda qalib gəlməyə, yaxşı oyun, sürətli futbol göstərməyə çalışırıq. Çatışmazlıq həmişə olacaq. Bu oyunu fikirləşirik, sonra digər rəqiblər haqda düşünərik.

- Komandada son durum necədir? Admir Teli məşqdə barmağından zədələndi...

- Durum pis deyil. Əlbəttə, hələ pik nöqtədə deyilik. Telinin dırnağı ətdən çıxdı, tikiş qoyuldu. Durumuna sabah aydınlıq gələcək. Meydana rahat çıxmayacağıq. 1:0 sürüşkən hesabdır. Rəqib 1 qol vursa, daha rahat oynayacaq. Öz oyunumuzdan əl çəkməyəcəyik.

- 3 il öncə oynadığınız “Metallurq”la indikini daha ilə müqayisə edərdiniz?

- Bu müddətdə komanda çox dəyişib. Bu, ilk növbədə baş məşqçi ilə bağlıdır. Komandanın oyun üslubu dəyişib, nəticəyə oynayır. İndiki “Metallurq” daha yaxşıdır, beynəlxalq təcrübəsi böyükdür. Çempionatda son 13 oyunda uduzmayıb, qol vurub.

- “Qarabağ”da namaz qılan futbolçuların sayı çoxdur. Futbolçuların oruc tutmağı isti havada mənfi təsir etməyəcək?

- Düşünürəm ki, Azərbaycanda namaz qalanların sayı çoxalıb, “Qarabağ”da isə belə futbolçular azdı. Futbolçular ilk növbədə peşəkardırlar. Havalar sərin keçir. Axşam 9-da oynayacağıq, problem olmamalıdır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30