19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Fikrət Hüseynov: “Şüvəlan” azarkeşlərin etimadını doğrultmaq üçün…”

“Şüvəlan” klubu yeni mövsümdə I divizionda təmsil olunacaq. Yeni klub yaxın dövr ərzində yüksək nailiyyətlər əldə edərək, Azərbaycanda futbolun inkişafı naminə və azarkeşlərin etimadını doğrultmaq üçün əlindən gələni əsirgəməyəcək”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri apasport.az saytına “Şüvəlan” klubunun vitse-prezidenti Fikrət Hüseynov deyib.
 
Ötən mövsüm Azərbaycan Premyer Liqasında sonuncu yeri tutan AZAL klubu adını dəyişərək, gələn mövsüm I divizionda iştirak etmək qərarına gəlib. “Şüvəlan” adı verilən paytaxt təmsilçisinin vitse-prezidenti bu qərarın ölkə futboluna xeyir verəcəyini düşünür: “Şüvəlan qəsəbəsində inşa edilmiş təlim-məşq bazası müasir infrastruktura və geniş potensiala malikdi. İnanırıq ki, bu qərarın əsasında Azərbaycan futbolunun inkişafı, ölkəmizi beynəlxalq turnirlərdə layiqli təmsil etmək naminə yüksək nailiyyətlər əldə ediləcək”.
 
Hüseynov klubdan ayrılması ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib. O, məlumatın həqiqəti əks etdirmədiyini vurğulayıb: “Hazırda klubda vitse-prezident kimi fəaliyyətimi davam etdirirəm. İndi yeni klubun formalaşdırılması ilə məşğulam. “Şüvəlan” klubunda da öz işlərimi davam etdirəcəm. Gələn həftə bununla bağlı bütün məlumatları mətbuata verəcəyik".
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30