29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Ağabala Ramazanov: “Finala kimi gəlmişiksə, çempion olmalıyıq”

“Oyuna çox ciddi hazırlaşmışdıq. Rəqibi yaxşı analiz etmişdik. Əlcəzairin üstün cəhəti topla yaxşı oynamaqları, təkbətək mübarizələrdə güclü olmaları idi. Baş məşqçimiz 17 nömrəyə yaxın oynamağı tapşırmışdı. Sevinirik ki, qələbə qazandıq”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri 23 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Ağabala Ramazanov Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının yarımfinalında Əlcəzairi 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Ramazanov rəqibin aqressiv oyununu qeyd edib:  “Əlcəzair millisi çox aqressiv oynayırdı, bunun səbəbini bilmirik. Finala qədər vaxtımız azdı. Ciddi hazırlaşacağıq. Bura kimi gəlmişiksə, çempion olmalıyıq”.

Millimizin üzvü komandada yorğunluq olduğunu vurğulayıb: “Bəli, komandada yorğunluq var. Üstəlik, süni ot örtüyündən təbii qazona keçmək çox çətindi. Bugünkü oyunun 15-ci dəqiqəsindən sonra ayaqlarımı hiss etmirdim. Üstəlik, ot da qırxılmamışdı. Yenə yaxşı ki, sulamışdılar”.

“Finalda rəqibimizin hansı komanda olmasını istərdin” sualını yığmamızımn forvardı belə cavablandırıb: “Məncə elə Kamerun çıxacaq finala. Yox, Oman bu gün qələbə qazansa, demək ki daha güclüdürlər”.

Ağabala Ramazanov millimizin xeyli qol şansını qaçırması fikri ilə razılaşıb: “Bunun üzərində işləyəcəyik. Məşqçimiz də tapşırıqlarını verəcək. Bu gün qələbə qazansaq da, oyundan sonra elə aramızda bu barədə danışırdıq. Sanki nəsə çatışmır. Amma finalda belə səhvlər etmək olmaz. Anlamalıyıq ki, tarix yaza bilərik”.

Söhbətləşdi: FƏRƏC

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31