24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Yaşar Vahabzadə: “Növbəti matçda bizi heç-heçə qane etsə də...”

"İki müxtəlif hissə oldu. İlk yarıda Səudiyyə Ərəbistanı daha yaxşı təsir bağışladı. Bizim də ötürmələrdə səhvlərimiz oldu".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri 23 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Yaşar Vahabzadə IV İslam Həmrəyliyi Oyunlarının qrup mərhələsinin II turunda Səudiyyə Ərəbistanına qalib gəldikləri oyundan (2:0) sonra söyləyib.

O bildirib ki, fasilədə futbolçulara verilən tapşırıqlar bəhrəsini verib. Y.Vahabzadə milli üzvlərinin aqressiv oyununa da toxunub: "Oyun epizodlarıdır. Belə şeylər olur. Hava küləkli olduğu üçün səsim onlara çatmırdı. Ona görə çox qışqırmalı olurdum".

Y.Vahabzadə Səudiyyə Ərəbistanı yığmasının baş məşqçisinin Mərakeş yığmasının fiziki cəhətdən Azərbaycandan üstün olması ilə bağlı fikrinə də münasibət bildirib: "Mərakeş pis komanda deyil. Deməzdim ki, bizim uşaqlar fiziki cəhətdən zəifdirlər. Növbəti matçda bizi heç-heçə qane etsə də, öz oyunumuzu oynayacağıq. Meydana qələbə üçün çıxacağıq".

Qeyd edək ki, Azərbaycan millisi sonuncu turda Mərakeş yığması ilə qarşılaşacaq. Matç mayın 15-də keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30