24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Elşən Abdullayev: “İnanmayacaqsız, amma mükafatın məbləğini bilmirəm”

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında futbol millimiz ikinci görüşündə Səudiyyə Ərəbistanını 2:9 hesabı ilə məğlub edib. Milli komandamızın ilk qolunun müəllifi Elşən Abdullayev görüşdən sonra Futbolxeber.az saytının suallarını cavablandırıb:

- Səudiyyə Ərəbistan üzərində qazanılan 2:0 hesablı qələbə barədə nə deyə bilərsən?

- Hava çox küləkli idi. Bu səbəbdən də birinci hissədə öz oyunumuzu göstərə bilmədik. Çünki küləyə qarşı oynayırdıq. Amma fasilədən sonra öz oyunumuzu göstərdik. Qalib gəldiyimiz üçün çox şadıq. Məqsədimiz daha da irəli getməkdir. Bu turnirin qalibi olmaq istəyirik.

- Millimiz son turda Mərakeşlə qarşılacaq. Həmin görüşdən nə gözləmək olar?

- Mərakeş güclü rəqibdir. Heyətlərində texnikalı oyunçuları var. Həmin matça da qələbə üçün çıxacağıq. İstəyirik ki, qrup birincisi olaq.

- Azərbaycan yığmasının İslam Oyunlarındakı məqsədi nədir: qrupdan çıxmaq, yoxsa final oynamaq?

- Medal qazanmaq istəyirik. Çünki vətəndə oynayırıq. Azarkeşlərimizi sevindirmək istəyirik.

- Komandanın çempionluğa gücü çatacaq?

- Bu qələbədən sonra komanda şəklində daha istəkliyik. Növbəti görüşlərdə də bu uğurun davamını gətirməyə çalışacağıq.

- Heyətdə yer alan oyunçuların əksəri gəncdi. Daha təcrübəli Rəşad Sadiqov və Ruslan Abışovun komandada olmasını necə dəyərləndirmıək olar?

- Təbii ki, onlar bizdən təcrübəlidirlər. Hər zaman gənclərə dəstək olurlar. Bu, bizi daha da motivasiya edir.

- İslamiadanın qalibi olacaq idmançılara çatacaq mükafatın məbləği məlum oldu. Bu məqam motivasiyanızı artırdı?

- Bəlkə də inanmayacaqsız, amma məbləği bilmirəm. Vətəndə oynayırıq və məqsədimiz çempionluqdur. Doğma divarlar arasında azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik.

- Millimizin üzvləri bu gün meydanda aqressiv görünürdülər...

- Uşaqlarda qələbə istəyi çox idi. Ola bilər bundan qaynaqlanır. Komandada nizam-intizamın aşağı olmasından söhbət gedə bilməz. 

Söhbətləşdi: FƏRƏC 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30